"Goldman": Zəlzələnin ÜDM-ə təsiri 1%-dən az ola bilər | Banco.az

"Goldman": Zəlzələnin ÜDM-ə təsiri 1%-dən az ola bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” iqtisadçıları Türkiyədə baş vermiş zəlzələlərin iqtisadiyyata təsiri ilə bağlı qiymətləndirmələr ediblər.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı “Goldman Sachs”ın iqtisadçıları qeyd ediblər ki, zəlzələlərin Türkiyənin infrastrukturuna və ümumi iqtisadiyyatına dəyən zərəri müəyyənləşdirmək hələ tezdir, lakin əvvəlki zəlzələlərdən əldə edilən tapıntılar kapital fonduna dəyən zərərlə müqayisədə artıma təsirin təəccüblü dərəcədə kiçik ola biləcəyini göstərir.

Pul və fiskal siyasət addımlarına və göndərilən yardıma istinad edən bankın qeydində bildirilib ki, ölkənin yardım və yenidənqurma işlərini təşkil etmək gücü olduğu müddətcə böyüməyə təsirinin uzunmüddətli perspektivdə görüləcəyi düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçıların fikrincə, bu nəticələr və regionun artımdakı payını nəzərə alınmaqla demək mümkdündür ki, ötən həftə baş verən zəlzələnin ÜDM-ə olan nisbəti 1 faizdən xeyli aşağı ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et