"Goldman" yeni neft proqnozunu bölüşüb | Banco.az

"Goldman" yeni neft proqnozunu bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” qlobal tələb və təklifin azalması səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu növbəti dəfə aşağı salıb.

Banco.az xəbər verir ki, bazar günü müştərilərinə bildiriş göndərən bankçılıq nəhəngi Brent markalı neftin bir bareli üzrə proqnozunu 95 dollardan 86 dollara endirib.

Bu, “Goldman”ın barel üzrə 100 dollarlıq artım proqnozundan sonrakı altı ay ərzində azalan istiqamətdə ardıcıl üçüncü düzəlişidir.

Xatırladaq ki, Brent markalı neftin avqust fyuçersi cümə günü bir barel üzrə 74,79 dollar səviyyəsində bağlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et