"Goldman Sachs"dan ABŞ iqtisadiyatına müsbət PROQNOZ | Banco.az

"Goldman Sachs"dan ABŞ iqtisadiyatına müsbət PROQNOZ

ABŞ-ın "Goldman Sachs" investisiya bankı ABŞ iqtisadiyyatının inkişaf sürətinin artacağına əmin olduğunu bildirib. 

Bunu "Goldman Sachs"ın icraçı direktoru Loyd Blankfeyn (Lloyd Blankfein) "MarketWatch" maliyyə informasiyaları saytına bildirib: "ABŞ bazarında müşahidə etdiyimiz dəyişikliklər aşağı iqtisadi aktivliyin olduğunu göstərir. Nəticədə, uçot dərəcələrinin aşağı səviyyədə olması və gələcəyə yönəlik bədbinliklə üzləşirik. Amma, hazırda iqtisadi siyasətdə baş verən dəyişikliklərin artıma gətirib çıxaracağı siqnalları var". 

Ən sərfəli kredit üçün müraciət et

O həmçinin bildirib ki, "qeyri-müəyyənlik hissinə qapılmaq lazım deyil, o hiss onsuz da hər zaman bizimlədir".

Xatırladaq ki, ABŞ prezidentinin son açıqlamalarından sonra maliyyə bazarları ABŞ iqtisadiyyatının perspektivlərinə nikbin yanaşmağa başlayıb. Nəticədə, ABŞ-da fond indeksləri artıb, dollar möhkəmlənib.

©Report