Goldman Sachs xammal aktivlərindən qurtulur | Banco.az

Goldman Sachs xammal aktivlərindən qurtulur

Goldman Sachs  özünün Kolumbiyada yerləşən kömür biznesini satır, bu haqda The Wall Street Journal danışıqları aparan mənbələrə istinadən xəbər verir.

Satışın səbəbi – işçilərin etirazı, ətraf aləm haqqında qanun, beynəlxalq bazarda kömür qiymətinin enməsi, həmçinin investisiya banklarının müəyyən kvotaları aşmasına icazə verməyən normativlər, bütün bu faktorların təsiri nəticəsində Kolumbiyada kömür biznesini hətta öz xərclərini belə çıxara bilmir.  

Ən sərfəli kredit üçün müraciət et

Onu da qeyd edək ki, investisiya bankı artıq özünün alüminium zavodundan və elektrostansiya şəbəkələrindən qurtulmuş və bununla da xammal aktivlərinə vida etmişdir. Lakin buna baxmayaraq, Goldman xammal və ona bağlı maliyyə alətlərinin ticarətini davam etdirəcək.    

Müştərilərə xammal sektorunda edilən investisiya təkliflərinin həcmi 2009-cu ildə kəskin düşüb. Belə təkliflərdən gəlirlərin həcmi isə 2009-cü ildəki 4,9 milyard dollardan, 2013-cü ildə 1,5 milyarda düşüb.