“Goldman Sachs” qlobal neft qiymətlərini analiz edib | Banco.az

“Goldman Sachs” qlobal neft qiymətlərini analiz edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs”dan qlobal neft analizi.

Banco.az xəbər verir ki, ABŞ-ın investisiya bankı “Goldman Sachs” qlobal məlumatlara, həmçinin Beynəlxalq Enerji Agentliyinin (IEA) və ABŞ-ın rəsmi ehtiyat göstəricilərinə istinad edərək, neft bazarında uzun müddətdir gözlənilən təklif çoxluğunun artıq müşahidə olunmağa başladığını bildirib.

Analitiklərin məlumatına görə, İƏİT ölkələrində görünən kommersiya ehtiyatları ilin əvvəlindən bu günə qədər gündəlik 340 min barel artıb və bu artım bu günə qədərki ümumi ehtiyatların dörddə birini təşkil edir.

Bu göstəricinin ilin sonuna qədər üçdə birə yüksələcəyi gözlənilir.

“Goldman Sachs”ın proqnozuna əsasən, Brent markalı neftin qiyməti 2026-cı ilin dördüncü rübündə barel başına 52 dollara qədər enəcək.

Bank həmçinin qeyd edib ki, Ukraynanın enerji infrastrukturuna edilən hücumlar səbəbindən Rusiyanın neft hasilatında azalma riski mövcuddur.

Eyni zamanda, Rusiyanın hasilatındakı enişlər “Goldman Sachs”ın qiymət proqnozları üçün yuxarı yönlü risk yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram