Müəllif - Aida İsaq, Banco.az
“Goldman Sachs” qlobal mis bazarı üçün yeni proqnozlarını açıqlayıb. Beləliklə, gələn il üçün tədarüklərin azalacağı məlum olub.
Banco.az xəbər verir ki, böyük investisiya bankı mis ehtiyatlarının son 14 ilin ən aşağı səviyyəsinə düşdüyünə diqqət çəkərək 2023-cü ildə tədarük çatışmazlığının olacağını bildirib.
Bundan başqa şirkət növbəti 3, 6 və 12 ay üçün misin qiymət proqnozunu 6700, 7600 və 9000 dollar/tondan müvafiq olaraq 9500, 10000 və 11000 dollar/tona kimi yüksəldib. 2023-cü il üçün misin orta qiyməti proqnozunu isə 8325 dollar/tondan 9750 dollar/tona qədər artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!