Müəllif: Tamara Mustafayeva, Banco.az
Bankçılıq nəhəngi “Goldman Sachs” neft qiymətləri ilə bağlı pik proqnozunu artırıb.
Banco.az xəbər verir ki, “Goldman Sachs” Brent markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 85 dollardan 87 dollara yüksəldib.
Bankın hesabatında Qırmızı dənizdəki gərginliyin ehtiyatların azalmasına səbəb ola biləcəyi qeyd edilib.
“Goldman Sachs” 2025-ci ildə neftin orta hesabla 80 dollar/barel olacağını gözləyir.
Bununla yanaşı, bank OPEC+-ın hasilatın azaldılmasını 2024-cü ilin ikinci rübünə qədər uzadacağını proqnozlaşdırıb. Bildirilib ki, üçüncü rübdən başlayaraq tədarükün məhdudlaşdırılması proqramları mərhələli şəkildə həyata keçiriləcək.
Neftin qiymətinin 70 dollardan aşağı düşməsi üçün tələbin zəifləməsi lazım olduğunu bildirən bank Səudiyyə Ərəbistanının istehsal strategiyasının da dəyişməli olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!