“Goldman Sachs” neft qiymətlərinin bahalaşacağını gözləyir | Banco.az

“Goldman Sachs” neft qiymətlərinin bahalaşacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” “indiyə qədərki ən yüksək” neft tələbinin qiymətləri bahalaşdıracağını gözləyir.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi “Goldman Sachs” neft bazarlarında hazırda hökm sürən rekord tələbin yaxın zamanda xam neft qiymətlərini artıracağını düşünür.

“Goldman Sachs”ın Neft Tədqiqatları Direktoru Daan Struyven dediyinə görə, hazırda bir bareli 80 dollardan bir qədər yuxarı olan Brent markalı neftin ilin sonuna kimi 86 dollara yüksələcəyi gözlənilir.

Struyven iddia edir ki, G-20 ölkələrinin energetika nazirlərinin görüşündən sonra razılaşmanın olmaması uzunmüddətli neft tələbi ilə bağlı "çox vacib" qeyri-müəyyənliyə işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram