Goldman Sachs: Müharibə səbəbindən avrozona iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək | Banco.az

Goldman Sachs: Müharibə səbəbindən avrozona iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək

Müəllif:Mehin Qasımova/Banco.az

İsrail və Fələstinin Həmas radikal  radikal qruplaşması arasında davam edən müharibə səbəbindən avrozona iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək.

Banco.az xəbər verir ki, bunu Goldman Sachc analitikləri  İsrail və Fələstin arasında baş verən müharibənin iqtisadi nəticələrini şərh edərkən bildiriblər.

Analitiklərin fikirincə ,  Yaxın Şərqdə eskalasiya enerji xərclərinin təmkinli artımı fonunda  Avropa İttifaqının ÜDM -nin aşağı artım templərini ləngitəcək .

Təhlilçilər qeyd ediblər ki,  münaqişənin uzadılması Avropada istehlak qiymətlərinə təzyiqi artıra, eləcə də inflyasiyanı sürətləndirə bilər:

"Yaxın Şəqdəki münaqişə Aİ Mərkəzi Bankının pul siyasətinin daha da sərtləşdirilməsi və faiz dərəcələrinin artırılması üçün ilkin şərt ola bilər. İsraillə Fələstinin Həmas hərəkatı arasında hərbi əməliyyatların artması regional münaqişəyə çevrilmək və kövrək qlobal iqtisadiyyata 2 trilyon dollar itki şəklində ziyan vurmaq təhlükəsi yaradır".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram