“Goldman Sachs İnternational” SOCAR-ın Türkiyədəki konteyner limanındakı payını satıb | Banco.az

“Goldman Sachs İnternational” SOCAR-ın Türkiyədəki konteyner limanındakı payını satıb

“SOCAR Energy Turkey A.Ş.”in (STEAŞ) İzmir şəhərinin yaxınlığındakı Əliağa qəsəbəsində “SOCAR Terminal” konteyner limanındakı 30 faizlik payını ABŞ-ın “Goldman Sachs İnternational” (GSI) sərmayə bankından geri alması barədə sövdələşmə başa çatdırılıb.

2014-cü ildə GSI STEAŞ ilə həmin payı 250 milyon dollar məbləğinə satın alınmasına dair 7 illik saziş imzalayıb.

Xatırladaq ki, bu ilin avqust ayınadək GSI STEAŞ səhmlərinin 13 faizlik zərfini də əldə saxlayıb. Həmin zərf “SOCAR Sermaye İnvestment Ltd.” törəmə şirkəti tərəfindən 1,3 milyard dollara satın alınmışdı.

2018-ci ildə “SOCAR Terkey Energy” Niderlandın “APM Terminals” şirkətindən Əliağada yerləşən və “Petkim” ilə müqaviləyə əsasən yaradılmış konteyner terminalını satın alıb. 2013-cü ildə imzalanmış həmin sazişə görə “APM Terminals” limanı 28 illik işlətmək hüququ əldə etmişdi. Bu layihənin ümumi dəyəri 450 milyon dollar təşkil edib. 2016-ci ilin 6 dekabr tarixində kommersiya fəaliyyətini başlayan limanın ilk mərhələdə illik gücü 800 min konteyner, genişlənmədən sonrakı ikinci mərhələdə 1,5 milyon konteyner təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

“SOCAR Əliağa terminalının 70%-i SOCAR-a məxsusdur. Terminalın qalan 30% payı isə “Goldman Sachs” şirkətinə məxsusdur. Liman illik 1,5 milyon TEU tutuma malikdir. Limanın inşasına 400 milyon ABŞ dolları investisiya qoyulub.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et