Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman Sachs” analitikləri dolların yaxın aylarda Asiya valyutalarına qarşı pik həddə çatacağını, ancaq bu üstünlüyün uzun müddət davam etməyəcəyini bildiriblər.
Banco.az xəbər verir ki, beynəlxalq investisiya bankı “Goldman Sachs Group” dolların Asiya valyutalarına qarşı güclənməsi üçün müəyyən vaxta ehtiyac olduğunu, gələcək 3-6 ay ərzində FED-in faiz siyasəti ilə bağlı daha aydın mənzərənin ortaya çıxması ilə dolların gücünün zəifləyəcəyini bildirib.
Analitiklər həmçinin Cənubi Koreya vonunun və Sinqapur dollarının bahalaşacağını gözlədiklərini də qeyd ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!