"Goldman Sachs" da rüblük maliyyə göstəricisini açıqlayıb | Banco.az

"Goldman Sachs" da rüblük maliyyə göstəricisini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın “Goldman Sachs” bankının birinci rüb gəlirləri gözləniləndən aşağı olub.

Banco.az xəbər verir ki, “Goldman Sachs” da ilin I rübü üzrə balans hesabatını açıqlayıb.

Birinci rübdə bankın xalis mənfəəti 18 faiz azalaraq 3,23 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət isə 8,79 dollar olub. Gözlənti 8,21 dollar idi.

Xalis gəlir 5 faiz azalaraq 12,22 milyard dollara geriləyib. Proqnozlar 12,8 milyard dollar istiqamətində idi. Xalis faiz gəliri isə 2,18 milyard dollarlıq proqnozlardan aşağı olmaqla 1,78 milyard dollar təşkil edib.

İnvestisiya bankçılığının gəlirləri gözlənilən 1,54 milyard dollarla müqayisədə 26 faiz azalaraq 1,58 milyard dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, mart ayında ABŞ-da 2 bankın müflis olması bazarları silkələyib. İflaslar bankların səhmlərinin kəskin azalmasına və əmanətlərin daha iri banklara köçürülməsinə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et