Dünyanın aparıcı investisiya banklarından biri olan "Goldman Sachs", İngiltərə bazarına "rəqəmsal" daxil olmağa hazırlaşır.
2016-cı ildə ABŞ-da qurulduğundan bu yana 20 milyard dollarlıq böyüklüyə çatan "Goldman Sachs"ın rəqəmsal bankı "Marcus", yaxın günlərdə İngiltərədə də xidmət göstərməyə başlayacaqdır.
"Goldman"ın bu həmləsinin altında fond ehtiyatlarını diversifikasiya və fərdi bankçılıq sahəsində rəqabət strategiyası yatır.
"Marcus"ın ilk mərhələdə Böyük Britaniyada onlayn bir əmanət hesabı təqdim edəcəyi bildirilir. Bank bu həmlə ilə İngiltərədə bazarında HSBC və "Barclays", "Atom Bank" və "Tandem" kimi yeni nəsil rəqəmsal banklarla sıx rəqabətə girəcək.
Marja.az