"Goldman" ABŞ üçün tənəzzül proqnozunu aşağı salıb | Banco.az

"Goldman" ABŞ üçün tənəzzül proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə naziri ölkənin tənəzzülə girməyəcəyini iddia etdiyi üçün Wall Street bankları da tənəzzül proqnozlarını aşağı salır.

Banco.az xəbər verir ki, bankçılıq nəhəngi “Goldman Sachs” gələn il ABŞ-da tənəzzül ehtimalını 20 faizə endirib.

“Goldman Sachs”ın baş iqtisadçısı Yan Hatziusun fikrincə, iqtisadi aktivlik və inflyasiya ilə bağlı son müsbət məlumatlardan sonra ABŞ iqtisadiyyatının növbəti 12 ay ərzində tənəzzüldən yayınmaq şansı daha yüksəkdir.

Hatziusun dünən yayımladığı hesabatda aşağıdakı ifadələrə yer verilib:

“Növbəti 12 ay ərzində ABŞ-da tənəzzülün baş vermə ehtimalını 25 faizdən 20 faizə endirmişik. Proqnozları yenidən nəzərdən keçirməyimizin əsas səbəbi inflyasiyanın məqbul səviyyəyə endirilməsi üçün tənəzzülün zəruri olmadığına inanmağımızdır.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et