"Goldman" ABŞ-ın tənəzzül ehtimalını azaldıb | Banco.az

"Goldman" ABŞ-ın tənəzzül ehtimalını azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” ABŞ-ın tənəzzül ehtimalını aşağı salıb.

Banco.az xəbər verir ki, qurumun iqtisadçıları ABŞ-ın iqtisadi tənəzzülə uğrama ehtimalını 15 faizə qədər azaldıblar ki, ötən proqnozda bu göstərici 20 faiz idi.

“Goldman Sachs” bildirib ki, inflyasiyanın soyuması və hələ də dayanıqlı əmək bazarı FED-in faiz dərəcələrini daha da yüksəltməsinə ehtiyac yaranmasının qarşısını ala bilər.

Qurum həmçinin qeyd edib ki, ABŞ iqtisadiyyatı artım baxımından digər ölkələrə nəzərən daha çox vəd verir və bu səbəbdən də 2024-cü ilin sonuna qədər orta hesabla 2 faiz irəliləyiş proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram