“GoldenPay” Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa başladı | Banco.az

“GoldenPay” Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa başladı

“GoldenPay” ASC Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik və orta şirkətlərə dəstəyi çərçivəsində icra olunan “Şirkətlərin Böyümə Proqramı”na (EGP) qoşuldu. Proqram inkişaf etmiş ölkələrin təcrübəli şirkət rəhbərləri və direktorları tərəfindən qabaqcıl biznes vərdişlərinin əldə edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün məsələhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Proqram çərçivəsində “GoldenPay” ASC inkişaf strategiyasının icrası üçün idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, investisiya üçün maliyyə vəsaitlərinin cəlb edilməsi, texnologiya sahəsində nou-hav transferi və beynəlxalq bazarlarda fəaliyyətə hazırlıq üçün məsləhət xidmətlərindən yararlanacaqdır.

“GoldenPay” şirkətinin təklif etdiyi xidmətlər bazarda əhəmiyyətli mövqeyə malikdir və bu şirkətlə çalışmaq mənim üçün maraqlıdır. Şirkətin inkişaf üçün dəqiq müəyyən edilmiş baxışı (vizyonu), ona nail olmaq üçün motivasiya və kompetensiyası vardır. Mən şirkətə növbəti strateji inkişaf səviyyəsinə çatmaq üçün kömək edəcəyim üçün şadam” deyə proqram çərçivəsində cəlb edilmiş konsultant, Danimarkanın SimCorp şirkətinin keçmiş rəhbəri cənab Peter Lorens Ravn bildirib.

Ən sərfəli kredit üçün müraciət et

18-22 sentyabr tarixlərində cənab Peter Lorens Ravnın Bakıya ilk səfəri artıq başa çatıb. Proqramın 12-18 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulub və xərclərin 10% “GoldenPay” ASC, 90% isə EBRD-nin qrantı hesabına təmin edilir.

“GoldenPay” ASC, Azərbaycanın ən böyük elektron xidmətlər portalı olan “Hesab.az” portalının sahibidir. “Hesab.az” mobil operatorlar, kommunal (elektrik, qaz, su və stasionar telefonlar)  şirkətlər, internet provayderlər və kabel televiziyası operatorlarının xidmətlərini bank kartları vasitəsi ilə onlayn ödəmək imkanı verir. Həmçinin, portalda lizinq və bank kreditlərinin ödənişi,  kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir. Hazırda portalın 130 mindən çox istifadəçisi vardır. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et