Göbələk xəstəlikləri qlobal ərzaq ehtiyatları üçün təhlükə yaradır | Banco.az

Göbələk xəstəlikləri qlobal ərzaq ehtiyatları üçün təhlükə yaradır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alimlər kənd təsərrüfatı məhsullarında sürətlə artan göbələk xəstəliklərinin qlobal ərzaq ehtiyatlarını riskə atdığına dair xəbərdarlıq ediblər.

Banco.az xəbər verir ki, alimlərin fikrincə, 1990-cı ildən bəri hər il 7 km qütblərə doğru yayılan göbələk xəstəlikləri temperaturun artması ilə təsirini artıracaq.

Ekspertlər tropik bölgələrdə müşahidə edilən taxıl pas xəstəliyinə artıq İngiltərə və İrlandiyada da rast gəlindiyinə diqqət çəkib.

Göbələk xəstəlikləri küləyin təsiri ilə uzaq məsafələrə çata bildiyi kimi funqisidlərə qarşı müqavimət də yarada bilirlər.

Alimlər iqlim dəyişikliyi səbəbindən artan temperaturun göbələk xəstəliyinin yeni variantlarını inkişaf etdirdiyi və xəstəliklərin qlobal səhiyyə fəlakətinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et