Global Finance regionun ən yaxşı banklarını seçdi | Banco.az

Global Finance regionun ən yaxşı banklarını seçdi

Global Finance jurnalı Asiya-Sakit okean regionun inkişaf etməkdə olan ölkələrinin ən yaxşı banklarının adlarını açıqlayıb. Jurnal həmin ölklərini regionin inkişafda olan ən yaxşı bazarları adlandırır. Global Finance, sektor üzrə analitiklərin, şirkət rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 25 ölkəsində ən yaxşı bankların adlarını sıralayıblar.

Qalibin seçim meyarları sırasında aktivlərin artımı, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin yüksək keyfiyyəti, qiymətlərin rəqabət qabiliyyətinə və innovativ məhsulların qiymətləndirilməsi yer alıb.

Artıq 22-ci ildir ki, Global Finance jurnalı inkişaf edən bazarlarda ən yaxşı bank iştirakçılarını seçir.  Onun hesabatları Latın Amerikasının, Mərkəzi və Qərbi Avropanın, Asiya və Sakit okean regionlarının, eləcə də Yaxın Şərqin və Afrikanın ən yaxşı banklarını seçir.  

 “Yeni tənzimləyici perspektivlər və dəyişkən şərait səbəbindən bütün dünyada bank bazarları əhəmiyyətli dərəcədə dəyişir. Bazarın bəzi qlobal iştirakçılarının öz əhatə zonasını və məhsul çeşidlərini azaltdığı bir vaxtda bəzi regional və yerli iştirakçılar öz daxili bazarlarını genişləndirirlər” – deyə Global Finance jurnalının naşiri və baş redaktoru Cozef D. Ciaraputo bildirib. “Biz fəaliyyət göstərdiyi bazarlara böyük töhfə verən və həmin bazarlardakı müştərilərin səciyyəvi ehtiyaclarını anlayan bankları mükafatlandırırıq”.

Azərbaycan banklarından bu mövqeyə AccessBank layiq görülüb.

Digər bankların adı ilə aşağıda tanış ola bilərsiniz.

ASIYA-SAKIT OKEAN REGIONUNUN  INŞKIŞAFDA OLAN BAZARLARININ ƏN YAXŞI BANKLARI   2015

  Regionun Qalibi

ANZ Group

  Afghanistan

Afghanistan International Bank

  Armenia

Ameriabank

  Azerbaijan

Accessbank

  Bangladesh

City Bank

  Brunei Darussalam

Bank Islam Brunei Darussalam

  Cambodia

ABA Bank

  China

China Construction Bank

  Georgia

TBC Bank

  India

State Bank of India

  Indonesia

Bank Mandiri

  Kazakhstan

Kazkommertsbank

  Kyrgyzstan

Demir Kyrgyz International Bank

  Macau

ICBC Macau

  Malaysia

Public Bank

  Mongolia

Golomt Bank

  Myanmar

Co-operative Bank

  Nepal

Standard Chartered Bank Nepal

  Pakistan

Standard Chartered Bank Pakistan

  The Philippines

BDO

  South Korea

Shinhan Bank

  Sri Lanka

NDB Bank

  Taiwan

Taipei Fubon Commercial Bank

  Thailand

Siam Commercial Bank

  Uzbekistan

Asia Alliance Bank

  Vietnam

Techcombank

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et