Global Finance jurnalı regionlar üzrə dünyanın ən yaxşı banklarını açıqladı | Banco.az

Global Finance jurnalı regionlar üzrə dünyanın ən yaxşı banklarını açıqladı

Global Finance jurnalı hər il olduğu kimi bu il də martın 11-də inkşaf etmiş və inkşaf etməkdə olan regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb.

Artıq 22 ildir ki, jurnal region və ölkələr üzrə top bankların siyahısını tərtib edir. Aşağıda sadalanan regionlarla yanaşı Global Finance ABŞ-ın ən yaxşı banklarını da elan edib. Global Finance jurnalın redaktorları sektor üzrə analitiklər, bankir və bank məsləhətçiləri, eləcə də maliyyə üzrə icraçı direktorlarla  uzun sürən məsləhətləşmələrdən sonra seçimdə ortaq qərara gəliblər. Bundan əlavə, Global Finance nəticələrinin düzgünlüyünü və etibarlılığını artırmaq üçün, korporativ oxucular arasında sorğu da keçirib.

Qalibləri müəyyən olunması meyarlarına- aktivlərdə artım, gəlirlilik, strateji münasibətlər, müştəri xidməti, rəqabətcil qiymət və innovativ məhsullar daxildir. Subyektiv kriteriyalara isə  kapital analitikləri, kredit reytinqi analitikləri, bank məsləhətçiləri və sənaye sahəsi ilə məşğul olan digər peşəkarların fikirləri daxildir. Global Finance-ın redaksiya direktoru və naşiri Joseph D. Giarraputo bildirib: “Global Finance-ın seçdiyi banklar region üzrə ən qədim və ya ən böyük olmaya bilər, lakin onlar öz məhsullarının hədəflənməsində və müvafiq bazarlara təkliflərində göstərdikləri xidmətə görə ən yaxşısıdırlar. 

Regionlar üzrə dünyanın ən yaxşı bankları 2015

  Şimali Amerika 

Wells Fargo

  Qərbi Avropa 

ING

  Nordik Bölgəsi (Norveç, İsveç,
  Finlandiya, İslandiya, Danimarka)

Nordea

  Mərkəzi və Şərqi Avropa 

Raiffeisen Bank International

  Latin Amerikası

BBVA

  Asia-Sakit Okean

ANZ Group

  Orta Şərq 

National Bank of Kuwait

  Afrik

Standard Bank

Ən sərfəli kredit üçün müraciət et