Gizli varlılıq | Banco.az

Gizli varlılıq

Hər kəs həyatda uğurlu olmaq istəyər. Bir çoxları isə zəngin olmaq. Aşağıda paylaşacağam hekayəni yaxşıca oxuyun.
Bu hekayə həyatınızda bəzi şeyləri yalnız doğru zamanda doğru seçimləri edərək çox yaxşı imkanlara çevirə biləcəyinizi izah edir. Çünki zənginlik və müvəffəqiyyət üçün çox çalışmaq hər zaman kafi deyil. Ağlınızdan istifadə etməli və ən ağıllı fürsətləri qiymətləndirməyi bacarmalısınız.
Budur zənginlik yolunda fürsətləri necə qiymətləndirmək lazım olduğunu izah edən o sehrli hekayə:

New Yorkda bir bankın qarşısında dayanan son model bir Rolls Royce avtomobilindən enən kişi, cəld addımlarla banka girdi və qarşısına çıxan ilk vəzifəli şəxsə, fərdi kredit üçün müraciət etmək istədiyini söylədi. Vəzifəli şəxs onu müştəri nümayəndəsinin yanına apardı.

Kişi çox təcili bir iş üçün Avropaya getmək məcburiyyətində olduğunu və buna görə də bir həftə müddətli beş min dollar kreditə ehtiyac duyduğunu söylədi. Müştəri nümayəndəsi qısa tədqiqat apardıqdan sonra. "Bu krediti almaq üçün bir heç bi mane yoxdur" dedi və əlavə etdi ki, "lakin bir məsələ haqqında bildirməliyik ki, siz bizim bankımızın heç bir zaman müştərisi olmamısınız. Bank olaraq sizi rəsmi olaraq tanımırıq. Buna görə də, krediti verə bilmək üçün, qarşılığında sizdən bir təminat almaq məcburiyyətindəyik".

Ən sərfəli kredit üçün müraciət et

Kişi cibindən Rolls Royce-un açarını çıxardı, bankın müştəri nümayəndəsinə uzadaraq: "Çox tələsirəm, təyyarəyə çatmalıyam." dedi. "Qapıdakı Rolls Royce-mu təminat olaraq ala bilərsiniz".
Kreditin rəsmiləşdirilməsi çox sürətli bir şəkildə tamamlandı. Bank avtomobili bankın qarajına qoydu, kişiyə də beş min dollar krediti verdilər. Müştəri nümayəndəsi, şəxsi marağını aradan qaldırmaq üçün bir həftə ərzində xüsusi bir araşdırma apardı və banklarının bu yeni müştərisinin çox böyük bir iş adamı və çox böyük bir sərvət sahibi olduğunu öyrəndi. 

Bir həftə sonra adam yenidən gəlib, borcunun əsas hissəsi olan beş min dolları və bir həftəlik faizini,yəni  9,5 dolları ödədikdən sonra, müştəri nümayəndəsi  dözə bilməyib soruşdu: "Sizin çox böyük bir iş adamı və çox böyük bir sərvətin sahibi olduğunuzu öyrəndim. Sadəcə özümə maraqlı olduğu üçün soruşuram. Lütfən deyə bilərsinizmi, sizin üçün çox kiçik bir məbləğ olan beş min dollarlıq kreditə niyə ehtiyac duydunuz? "

Kişi azca gülmsəyərək: "Siz də mənə deyə bilərsinizmi, belə lüks bir avtomobili, New Yorkda hansı bağlı qarajda, bir həftə boyunca 9,5 dollara saxlada bilərsiniz? :)

Günel Abduraxmanova / Banco.az