Ali tədris müəssisəsinə artıq bir neçə investisiya imkanları təklif ediblər: Altsqeymerin müalicəsi və antimateriyanın tədqiqi
"Massachusetts Institute of Technology"-nin məzmunu, öz adının gizli saxlanmasını xahiş edərək, öz oxuduğu tədris ocağına 140 milyon dollar vəsait bağışlayıb, bu haqda MİT mətbuat xidməti məlumat verir. Belə hallarda adətən xeyriyyəçi vəsaitin hansı istiqamətə xərclənməsi arzusunda olduğunu bildirir. Bu dəfə isə məzun bildirib ki, ianə ya hansısa bir sahənin tədqiqinə, ya da müəyyən bölmələrdən birinin inkişafına sərf oluna bilər.
Buna görə də ali tədris müəssisəsi bağışlanmış vəsaitin hansı istiqamətə yönəlməsini, o cümlədən yüksək riskli aktivlərə yatırım edilməsini özü sərbəst müəyyən edə bilər. Bura bəzi xəstəliklərin erkən məhələdə tədqiqi aiddir ki, investisiya fondları adətən bu tip maliyyələşmələrə həvəslə yanışmır.
«Massaçusetts Texnologiya İnstitutunun tələbələri və müəllimləri üçün qeyri məhdud resurslar həyatı əhəmiyyətli yanacaq rolunu oynayır, onlar böyük ideyaları gerçəkləşdirmək imkanı verir” – qürurla MİT-nin prezidenti L.Rafael Reyf bəyan edib. Onun sözlərinə əsasən bu bağışlanan vəsait instituta tədris, araşdırma və innovasiya sahəsində öz mövqeyini gücləndirmk imkanı yaradacaq, həmçinin “daha yaxşı dünya üçün” yeni ixtiralar və kəşflər etməyə xidmət edəcək.