“Gilan Holding” növbəti dəfə nizamnamə kapitalını artırıb | Banco.az

“Gilan Holding” növbəti dəfə nizamnamə kapitalını artırıb

“Gilan Holding” növbəti dəfə nizamnamə kapitalını artırıb. Şirkətdən daxil olmuş məlumatda bildirilir ki, “Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi artırılaraq, 763 milyon 66 min 44 manata çatdırılıb.

Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi. 

"Holdinqin səmərəli fəaliyyəti, bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır. Bunun nəticəsi olaraq, “Gilan Holding” tərəfindən ölkə iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına və əhalinin rifahına verilən töhfələrin sayı çoxalır",- məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, 2019-cu ilin  iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq 395 milyon 850 min 678 manata çatdırılmışdı. Daha əvvəl isə bu məbləğ 22 milyon 182 min 402 manat təşkil edirdi.Qısası, şirkətin nizamnamə kapitalı 373 milyon 668 min 276 manat artırılmışdı.

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et