Gümüşhane-nin ilk və tək 5 ulduzlu otelini 60 milyon lirə investisiya ilə ərsəyə gətirən Zekai Araz, 7 yaşında ikən ayaqqabı boyama ustalığını etmişdir, İrana amortizatorlu ilk yük maşınını gətirən də o olmuşdur.
Şəhərin ilk və tək 5 ulduzlu otelini 60 milyon lirə investisiyası ilə Gümüşhane-yə qazandıran 59 yaşındakı iş adamı Zekai Arazın qəribə bir həyat hekayəsi vardır.
İş həyatına 52 il əvvəl ayaqqabı boyayaraq atılan Araz, ayaqqabı boyama etdiyi o günləri yaddan çıxarmamaq üçün boya sandığını 52 ildir ki, xatirə olaraq saxlayır. Araz İrana amortizatorlu yük maşınını ilk gətirən insan mənəm deyir.
Araz, 7 yaşında ayaqqabı boyama ustalığı edərkən oxumağa davam etmiş, 1976-cı ildə Təhsil İnsitutunu qutarıb Sivasın bir kəndində müəllimlik edir. 1983-cü ildə müəllimlik peşəsinə son verən Araz, o zamanın pulu ilə 475 min lirəyə aldığı taksini 1983-cü ildə 1 milyon 150 min lirəyə satıb yay aylarında Ankarada tikintidə çalışmaq üçün amortizatorlu yük maşını alır.
Daha sonra amortizatorlu yük maşını ilə İrana yük daşımağa başlayır. İran səfərləri davam edərkən sabit gəlir necə əldə edə bilərik düşüncəsi ilə ordan hazır məmulatlar, mazut gətirib satmağa başlayır.
Araz, “Gümüşhane-də əksik nələr var?” düşüncəsi ilə partlayıcı maddə (Dinamit) işinə girdiklərini, bir firmanın Ankaraya gedib gəldiyini, 200 lirəlik məmulatın 2 min lirəyə satıqlarını görür və ortağı ilə partlayıcı maddə deposu qurdularını həm də tapança mərmi satışı üçün nümayəndəlik aldığını söyləyir. Sonradan Gümüşhane-nin 5 ulduzlu otelə ehtiyacının olduğunu görür və otel layihəsini həyata keçirməyə başlayır. Araz deyir ki, “Geriyə baxmasanız önünüzü görə bilməzsiniz. Mən geridə hardan gəldiyimi bu sandıqdan görürəm”
İlkin Mirzəzadə, Bizplus.az