Geridə qoymağa hazırlaşdığımız ilin ən yaxşı 5 TED çıxışı | Banco.az

Geridə qoymağa hazırlaşdığımız ilin ən yaxşı 5 TED çıxışı

“Düşüncələr bölüşməyə dəyər”

Bu cümlə TED–in şüarıdır. Texnologiya, əyləncə və dizayn sənayelərini birləşdirən bu təşkilat təsis edildiyi 1984–cü ildən bəri sözügedən şüara sadiq qalmağa çalışır. 10 dəqiqəlik çıxışlar şəklində demək olar ki, istənilən sahənin peşəkarının nitqini dinləyə biləcəyiniz bir platforma olan TED həm çox çeşidli olması, həm də əlyetərliliyi baxımından yeni bir dövr başladıb desək, yanılmarıq. Odur ki, günümüzdə insanların əksəriyyəti bu çıxışları özləri üçün ilham mənbəyi hesab edirlər.

Banco.az bugünkü məqalədə artıq son günlərini yaşadığımız 2019-cu ilin ən çox bəyənilən TED çıxışlarını sizlərə təqdim edir.

1. Pul yığmağınıza kömək edəcək 3 psixoloji fənd (Wendy De La Rosa)

Davranış psixologiyası sahəsində fəaliyyət göstərən Wendy De La Rosa öz TED çıxışında pul yığma hədəfini reallaşdırmaq üçün etməli olduqlarımızı açıqlayır. Onun tövsiyə etdiyi üç psixoloji fənd sayəsində daxilimizdəki pul xərcləmə istəyinə mane ola bilər, qənaət etmək üçün əsaslı bir addım ata bilərik.

Wendy De La Rosa-a görə, bu üç psixoloji fənd, yəni üç addım aşağıdakı kimidir:

İlk addım özünüzü bu hədəfə kökləməkdir. İkinci addım keçid dövrlərini öz xeyrinizə dəyişdirmək, son addım isə gündəlik fəaliyyətinizi nəzarətdə saxlamaqdır.

Link-ə daxil olaraq video-nu izləyə bilərsiniz: https://youtu.be/DOisAG9yoNk

Həmçinin oxu: Qənaətcil olduğunu hesab edən insanların etdikləri 8 səhv

2.  Evdən işləmək nə üçün daha yaxşıdır? (Matt Mullenweg)

WordPress–in həmtəsisçisi, eyni zamanda Automattic şirkətinin indiki CEO–su Matt Mullenweg iş elanı verərkən namizədlərin harada yaşadıqlarını soruşmur, çünki onun dünyanın dörd bir yerindən işçisi var. Bəs, o, nə üçün işçilərinin dünyanın müxtəlif yerlərindən olmasına üstünlük verir? TED çıxışında bu məsələyə aydınlıq gətirən Mullenweg bu sözləri söyləyir:

“Mən zəkanın və bacarığın dünyanın hər yerinə bərabər paylandığını düşünürəm. İmkan və fürsətlərin bərabər olduğuna inanacaq qədər sadəlövh olmasam da, bilirəm ki, ən fərqli perspektivlər və sizin ağlınıza belə gəlməyəcək ən yaradıcı fikirlər dünyanın digər bir ucunda yaşayan, sizdən çox fərqli həyatlara sahib insanlardan gəlir.”

Link-ə daxil olaraq video-nu izləyə bilərsiniz: https://youtu.be/x6fIseKzzH0

3. İş axtarma prosesini necə asanlaşdıra bilərsiniz? (Priyanka Jain)

Yanvar ayında baş tutan bu TED çıxışına görə, hər hansı bir işə müraciət edənlərin 75%-i müraciətlərinə heç bir cavab ala bilmədiklərini söyləyirlər. İşə qəbul edilənlərin 46%-i isə başladıqları işdən məmnun qalmadıqları üçün bir il tamam olmamış müəssisədən ayrıldıqlarını (ya da işdən çıxarıldıqlarını) etiraf edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Pymetrics şirkətində məhsul üzrə direktor Priyanka Jain problemi belə ifadə edir:

“Tarixdə ilk dəfədir ki, işsiz insan sayından daha çox iş elanı var. Fikrimcə, bu vəziyyət ortada bir problemin olmasını göstərir.”

Link-ə daxil olaraq video-nu izləyə bilərsiniz: https://youtu.be/UJz69v_7258

4. 8 addımda insanların çalışmaqdan məmnun olacaqları bir şirkət qurun (Patty McCord)

Patty McCord öz nitqinə həmişə İnsan Resursları (İR) üzrə mütəxəssis olmaq istədiyindən bəhs edərək başlayır. Uzun illər davam edən İR üzrə karyerasının sayəsində McCord bu sahə üzrə öyrəndiyi bir çox məlumatın, əslində heç bir işə yaramadığının və şirkətlərin adətən öz işçilərinə uşaq kimi davrandıqlarının fərqinə varıb.

“İnsan Resursları üzrə işçilərin əsl etməli olduqları insanları nəzarətdə saxlamaq deyil, birlikdə möhtəşəm işlərə imza ata biləcək komanda qurmaqdır.”

Link-ə daxil olaraq video-nu izləyə bilərsiniz: https://youtu.be/iBa9EoEbb38

5. Fikirləri ziddiyət təşkil edən insanların dialoqonu necə idarə etməli? (Eve Pearlman)

İnformasiya dövründə yaşadığımız hər kəsə məlumdur. Kompüterlər, ağıllı telefonlar, planşetlər, televiziya vasitəsilə informasiya əldə etmək tarixin heç bir mərhələsində bugünkü kimi asan olmamışdı. Digər tərəfdən də, informasiya əldə etməyin bu qədər asan olmasının mənfi cəhəti də, əlbəttə ki, mövcuddur. Bu isə informasiya kirliliyidir.

Bir çoxumuz informasiya kirliliyi şəraitində doğru ilə yanlışı ayırd etməkdə çətinlik çəkirik, kimə və hansı fikrə inanacağımızı bilmirik. Siyasi fikir ayrılıqları dərinləşir, texnologiya problemləri həll etməkdənsə daha da böyüdür. Hər şey bir kənara, iki insanın bir-birinə hörmətlə, açıq fikirli və sakit bir şəkildə müzakirə etməsi gün keçdikcə çətinləşir. Çünki artıq heç kəs haqsız olduğunu etiraf etmək istəmir.

Jurnalist Eve Pearlman da məhz bu problemə işıq tutur. Sözügedən problemi həll etmək istəyən Pearlman təsis etdiyi Spaceship Media şirkətində dialoq jurnalistliyi üzrə peşəkarlaşmağı hədəfləyir. Anlaşmazlıq yaşayan insanlar arasındakı mübahisələri həll etməkdə peşəkarlaşan Pearlman bu TED çıxışında da işinin incəliklərindən bəhs edir.

Link-ə daxil olaraq video-nu izləyə bilərsiniz: https://youtu.be/3BDF7cD2M6g

Həmçinin oxu: 2018-ci ilin ən yaxşı TED çıxışları

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et