Müəllif:Ayşən İmanova/Banco.az
Amerika avtomobil istehsalçısı “General Motors” Kanadanın mədən şirkəti “Lithium Americas” ilə birgə müəssisə yaradacaq və buna 625 milyon dollar sərmayə qoyacaq.
Banco.az xəbər verir ki, bu barədə şirkətlərin birgə press-relizində deyilir.
Qeyd olunur ki, birgə müəssisə Nevadadakı “Thacker Pass” layihəsində litium karbonat istehsalına yönəldiləcək və “General Motors” bu layihədə 38% pay alacaq. Litium elektrik avtomobilləri üçün akkumulyatorların istehsalında əsas komponentdir.
Xatırladaq ki, ötən ilin fevral ayında “General Motors” artıq “Lithium Americas”a 320 milyon dollar sərmayə qoyub və şirkətin təxminən 15 milyona yaxın səhmini alıb.
“Lithium Americas” səhmləri çərşənbə günü ticarətdə 15% bahalaşıb. “General Motors” qiymətli kağızlarının qiyməti isə 2,1% artır.