“General Motors” Çində ixtisarlar edəcək | Banco.az

“General Motors” Çində ixtisarlar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın avtomobil istehsalçısı “General Motors” ölkədəki biznesini davamlı mənfəətə qaytarmaq üçün Çində ixtisarlar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, “General Motors” rəhbərliyi tezliklə Çində birgə müəssisəsi olan Çin dövlət avtomobil istehsalçısı “SAIC” ilə görüşəcək. Hər iki təşkilatın rəhbərliyi onların ümumi biznesinin yenidən təşkili prosedurunu, o cümlədən işçilərin ixtisarını müzakirə edəcəklər. 

İxtisara məruz qala biləcək kadrların təxmini sayı məlum deyil. Lakin tədqiqat və inkişaf departamentinin əməkdaşlarının ixtisara düşə biləcəkləri bildirilir.

Qeyd edək ki, “General Motors” iyunun 30-da başa çatan son rübdə Çində 104 milyon dollar zərər çəkib, ilin birinci yarısında isə bu rəqəm 210 milyon dollar olub. Amerika şirkətinin “SAIC” ilə 30 illik müqaviləsi 2027-ci ildə başa çatır və bu vaxta qədər “General Motors” Çin biznesini mənfəətə qaytarmağa ümid edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram