Bolkart Gənc – yenilənmiş Bolkartın təqdim etdiyi beş kartdan biridir.
Hədəf seqmenti 18-27 yaş arası gənclərdir.
Kartın balansı 300-3000 AZN arasında dəyişir.
Xidmət haqqı – 10 AZN-dir.
Əsas üstünlükləri
- Fərqli dizaynlı, sənə özəl BOLKART
- Onlayn alış-verişlərdə əlavə BALLAR
- Ödəniş tarixini DƏYİŞDİRMƏK imkanı
- Müvafiq məbləğ üçün DAİMİ NAĞDLAŞDIRMA
Ənənəvi Bolkartın bir sıra əsas xüsusiyyətlərini özündə cəmləsə də, bir sıra yeniliklərə malikdir.
Bunlar aşağıdakılardır:
İstənilən anda nağdlaşdırma imkanı
Əgər əvvəllər nağdlaşdırma üçün kampaniya gözləmək lazım idisə, indi buna ehtiyac yoxdur. Bolkart Gənc isifadəçiləri öz kart balanslarının 20%-nə qədər olan məbləğini nağdlaşdıra bilər. Nağdlaşdırma zamanı Bank of Bakunun ATM-lərində 1% (min 1 AZN) nağdlaşdırma komisisyası tutulur. Cari kreditləriniz üzrə gecikmələrinizin müddəti 10 gündən çox olduqda, nağdlaşdırma avtomatik olaraq dayandırılır.
Ödəniş tarixinin dəyişdirilməsi
Əgər əvvəllər bütün kartlar üzrə ödəniş müddəti hər ayın 1-10-a qədər idisə indi bu tarix kartı aldığınız gündən asılı olaraq ayın 1-10, 11-20 və 21-dən ayın son gününə qədər ola bilər. Həmçinin ödəniş tarixini dəyişdirə bilərsiniz. Ödəniş tarixinin ilk dəfə dəyişdirilməsi pulsuzdur.
Faiz dərəcəsi
Aşağıdakı hallarda faiz hesablanmır:
- Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 3 aya ödə”, “İndi al 6 aya ödə”, “İndi al 12 aya ödə” imkanı üzrə istifadə edildikdə;
- Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 1 aya ödə” imkanı üzrə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə;
- Ölkə xarici POS-terminallar və Beynəlxalq elektron ticarət əməliyyatları həyata keçirildikdə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə.
Digər hallarda istifadə edilmiş məbləğə aylıq 2.42% dərəcəsi ilə gündəlik faiz hesablanır.
Bolkartla alış veriş zamanı bal qazanmaq imkanı
İndi Bolkart Gənc ilə alış-verişlərdən bal qazanmaq imkanı vardır. Ballar əsasən Milli Kart prosesinq mərkəzinə aid olmayan POS termianllar və xaricdə alış-veriş zamanı qazanılır. Lakin balların qazanılması şərtləri ilə daha ətraflı tanış olmaq üçün Bolkart.az saytında müraciət edə bilərsiniz.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.
Online xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı