Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək | Banco.az

Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək

Gəncədə erməni terrorunun qurbanlarının yaxınlarına veriləcək təqaüdün qaydaları açıqlanıb.

Bunu  Ermənistan tərəfindən atəşə məruz qalan Gəncə şəhərində səfərdə olan Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

O, təqaüdün verilmə qaydalarını da açıqlayıb: "Yeni Azərbaycan Partiyası ermənilərin Gəncə şəhərində törətdikləri terror zamanı valideynlərini itirən uşaqlara təqaüd verəcək. Biz nəzərdə tutumuşuq ki, terror zamanı valideynlərini itirən 1 uşaq üçün 300 AZN, ailədə 2 uşaq varsa, ikisi bir yerdə olmaqla 500 azn təqaüd ödəniləcək. Təqaüdlər onların kart hesablarına köçürülməklə 18 yaşına qədər veriləcək".

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et