Gəncədə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | Banco.az

Gəncədə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində işgüzar forum keçirib.

Nazirlikdən verilən məlumata görə, sahibkarlardan istixana təsərrüfatlarının, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, plastik qapı-pəncərə və sabun istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Mənbə: Apa.az