Bu gün ləğvetmə prosesində olan “Gəncəbank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası keçirilib.
İclas Bankın Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən baş ofisində olub.
İclasa sədrliyi “Gəncəbank”ın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sədrinin müşaviri Elşən Kərimov edib. Kreditorlar Orxan Əliyevi Komitəyə sədr, Cavanşir Nəsibovu isə iclasın katibi seçiblər.
İclasda Bankın kredit portfeli, onun strukturu, kreditlərdən əldə olunması hesab edilən vəsait, bankın satılan bilən əmlakının dəyəri, kreditorların sayı, onların alacağı vəsaitin məbləği kimi məlumatlar açıqlanmayıb. Kreditorlar Komitəsinin növbəti iclasının vaxtı təyin olunmayıb.
Mənbə: Report.az