“Gəncəbank”ın 12 əmanətçisinə 150 min manat verilib | Banco.az

“Gəncəbank”ın 12 əmanətçisinə 150 min manat verilib

Sığorta hadisəsi baş vermiş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. “APA-Economics”in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, əvvəlki günlərlə müqayisədə müraciətlərin sayında azalma müşahidə edilir: “Əgər biz əvvəllər gün ərzində 2-3 mln. manat kompensasiya verirdiksə, indi gün ərzində 1,5 mln. manat kompensasiya verilir. Yəqin ki, əmanətçilər kompensasiya almağa tələsmirlər”.
 
A. Cavadov əlavə edib ki, “Gəncəbank” ASC-nin 12 əmanətçisinə 150 min manat verilib.

Ən sərfəli kredit üçün müraciət et