"Gəncəbank" əmanətçilərinə təzminatların ödənilməsinə start verilir | Banco.az

"Gəncəbank" əmanətçilərinə təzminatların ödənilməsinə start verilir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu gündən etibarən ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbədə 7-ci sırada dayanan təminatsız əmanətçilərə təzminatların ödənişinə başlayır.

.Bundan başqa, yuxarı sıralarada dayanan əmanətçilərin də təzminatları tam şəkildə ödəniləcək.

Ödənişlər ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrində həyata keçiriləcək.