Gəncə-İstanbul marşrutu üzrə aviareyslər bərpa edildi | Banco.az

Gəncə-İstanbul marşrutu üzrə aviareyslər bərpa edildi

Tamara Mustafayeva, Banco.az

Türk Hava Yollarının (THY) yeni növ koronavirus pandemiyası səbəbilə 10 mart 2020 tarixindən etibarən dayandırdığı Gəncə-İstanbul təyyarə səfərləri 14 ay sonra yenidən bərpa edilib.

Aviareyslərin bərpa edilməsi münasibətilə Gəncə Hava limanında təşkil edilən mərasimdə Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, THY Gəncə nümayəndəsi Cabir Peçə, hava limanı rəsmiləri və uçuş heyəti iştirak edib.

Baş Konsul Öztürk jurnalistlərə açıqlamasında bildirib ki, THY-nin Naxçıvandan keçməklə icra edilən İstanbul-Gəncə-İstanbul aviareyslərinin yenidən başlaması ilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən Türkiyəyə birbaşa təyyarə səfərlərinin həyəta keçirilməsindən böyük məmnunluq duyur.

Qeyd edək ki, yenidən başlayan İstanbul-Gəncə aviareysi əvvəlki illərdə olduğu kimi həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) İstanbul-Gəncə-Naxçıvan-İstanbul və İstanbul-Naxçıvan-Gəncə-İstanbul olmaqla baş tutacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et