Gəncə bazarının rəhbərliyində dəyişiklik olacaq | Banco.az

Gəncə bazarının rəhbərliyində dəyişiklik olacaq

İyunun 30-da, saat 10:00-da “Gəncə-Bazar” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi,22 ünvanında olacaq.

Yığıncağın gündəliyinə bazarın 2016-cı ildəki fəaliyyəti ilə bağlı müəssisənin Təftiş Komissiyası və mühasibatlığının hazırladığı hesabatların müzakirəsi və təsdiq edilməsi, müəssisənin Müşahidə Şurasının tərkibinə dəyişiklik olunması və cari məsələlər daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Gəncə-Bazar” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 357 936 manatdır. 

Mənbə: Report.az