Azərbaycanda sərhədyanı və dağlıq ərazilərində yaşayan ailələrin, xüsusilə gənc ailələrin mənzil şəraiti yaxşılaşdırılacaq.Bununla bağlı onlara güzəştli ipoteka kreditləri veriləcək.
Bu barədə 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda qeyd olunub.
Qeydolunan işlərin icrası İqtisadiyyat və Sənaye, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Bank, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
Gənc aztəminatlı, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, dövlət uşaq müəssisələrindən məzun olmuş, valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial mənzillər və ya ailə tipli yataqxanalarda yaşayış yeri ilə təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, ailələrin, xüsusilə üç və daha çox uşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələrin ayrı otaqla təmin edilməsi üzrə tədbirlərin həyata keçiriləcək