"Gəlir vergisi islahatı inflyasiyanı artıra bilər" | Banco.az

"Gəlir vergisi islahatı inflyasiyanı artıra bilər"

"Nəzərdə tutulan gəlir vergisi islahatı əhalinin gəlirlərini artıra və bu əsasda iqtisadi artımı dəstəkləməklə bərabər inflyasiyanın tələb amillərini də fəallaşdıra bilər".

Bu Mərkəzi Bankın açıqlamasında deyilir

"Bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bunlar Azərbaycan iqtisadiyyatına ticarət, investisya axınları, pul baratları və gözləntilər vasitəsilə də təsir göstərir. İnflyasiyaya təsir edə bilən daxili amillərə daxili tələbin genişlənməsi aiddir. Nəzərdə tutulan gəlir vergisi islahatı əhalinin gəlirlərini artıra və bu əsasda iqtisadi artımı dəstəkləməklə bərabər inflyasiyanın tələb amillərini də fəallaşdıra bilər. Digər tərəfdən istehlak kreditləşməsinin aktivləşməsinin daxili tələbə və idxala təsiri makroprudensial siyasətlə qabaqlayıcı rejimdə tənzimlənməlidir".

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı xarici mühitdəki qeyri-müəyyənliklərlə, xüsusilə neftin qiymətinin kəskin düşməsilə bağlı olaraq faiz dərəcələrinə toxunmayıb. 

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdır. Qərar 26 dekabr 2018-ci il, saat 14.00-dan qüvvəyə minir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et