Azərbaycan Beynəlxalq Bankında əmanətlərin sayı artmışdır
2015-ci ildən əmanət gəlirlərinə şamil edilən vergilər banklardan əmanətlərin axınına səbəb olmadı – bunu bir sıra bankların nümayəndələri bildirmişdirlər.
Milli Məclisin30 dekabr 2014-cü ildə Milli Məclis tərəfindən təsdiq edilmiş Vergi Məcəlləsinə düzəlişlərə əsasən, əmanətlərin illik gəlirinin 500 manatdan çox olan hissəsinə 10% gəlir vergisi şamil edilir.
Bankların nümayəndələri həmçinin qeyd etmişdirlər ki, fiziki şəxslərin əmanətləri üzrə daha dolğun məlumat 2015-ci ilin birinci rübünün nəticələrinə əsasən müəyyən ediləcəkdir.
Xüsusilə, Azərbaycan Beynəlxalq Bankından verilən məlumata görə, fiziki şəxslərin əmanətləri 1 oktyabr 2014-cü ildə 1,600 milyard manat təşkil edərək, 1 yanvar 2015-ci ildə artmış və 1,770 milyard manat təşkil etmişdir.