Müəllif: Tamara Mustafayeva, Banco.az
Kadr çatışmazlığı olan bölgələrdə əmək haqqları da paralel olaraq artırıla bilər.
Banco.az xəbər verir ki, bu barədə Rusiyanın "KROS" şirkətinin HR direktoru Dmitri Dudarev bildirib. Ekspertin sözlərinə görə, informasiya texnologiyaları, tikinti, nəqliyyat sektoru, orta və yüksək seqmentlərin menecerlərinin maaşları artacaq. Bununla yanaşı, D.Dudarev fəhlələrə, ixtisaslı mühəndislərə və texniki peşələrin nümayəndələrinə ehtiyac duyulan sahələrdə kadr çatışmazlığının yaranması fonunda müvafiq sektorlarda da maaş artımının gözlənildiyini qeyd edib.
Ekspert 2023-cü ildə ölkə bazarının yenidən şərqə meyllənəcəyini xatırladaraq Çin və ərəb dilli mütəxəssislərə tələbatın artacağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!