Gələn ilin sonuna qədər Bakıda elektriklə işləyən avtobuslar istifadəyə veriləcək | Banco.az

Gələn ilin sonuna qədər Bakıda elektriklə işləyən avtobuslar istifadəyə veriləcək

Gələn ilin sonuna qədər Bakıda elektriklə işləyən avtobuslar istifadəyə veriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, BMT-nin dayanıqlı inkişaf məqsədlərinin 11-ci bəndində ehtiva edilən “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək” üçün BNA öz töhfəsini verməkdədir.

"Ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, “Avro6” standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib. Hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir.

Dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.

2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb,"-məlumatda bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et