Gələn ilin büdcəsi nə vəd edir? İqtisadçı detallardan danışdı | Banco.az

Gələn ilin büdcəsi nə vəd edir? İqtisadçı detallardan danışdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“2023-cü ilin iyununda təsdiqlənmiş büdcə ilə 2024-də təqdim olunan büdcəsi arasında ümumi xərc və gəlir istiqamətində baxsaq, ciddi fərq yoxdur”.

Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Cari ildə əmək haqqı fonduna  8.5 milyard manat ayrıldığını xatırladan ekspert bildirdi ki, 2024-cü  ilin proqnozunda bu məbləğ doqquz milyard manatdır.

“Gələn il üşüm əmək haqqı fondunun dövlət büdcəsindən maliyyələşən əmək haqlarının ödənişi üçün 500 milyonluq artım planlaşdırılır.  Ümid edirik ki, hansısa sahədə əmək haqqları arta bilər. Amma eyni zamanda  rəqəm göstərir ki, artım tamamilə büdcədən ödəniş alanların hamısına deyil, müəyyən qruplar, kateqoriyalar üzrə ola bilər. Büdcədən malların alışı üçün 2023-cü ildə daha çox rəqəm nəzərdə tutulmuşdur. 2024-cü ildə bunu 2 milyard  aşağı salaraq 5.2 milyard manatda saxlayıblar. 2023-cü ildə  subsidiyalarda ciddi azalma gözlənilir. Subsidiyaların məbləği 650  milyona qədər azalacaq. Ola bilsin ki,  kənd təsərrüfatında da subsidiyalarda dəyişiklik olsun.  Ümumi şəkildə büdcə hazırlanarkən bir qədər ehtiyatlı davranılıb. Neftin qiyməti  60 dollar üzərində hesablanıb. Hökumətin  irəli sürdüyü layihələrdən görünən odur ki, dövlət sosial xərclərinə gələn il üçün əhəmiyyətli surətdə artırmağı planlaşdırmır və qanunvericilikdə götürdüyü öhdəliklərin icrasını nəzərdə tutulub”.

2024-cü ildə pensiyaların artırılması 2023-cü ilin orta aylıq əmək haqqının artım faizinə uyğun olacağını bildirən ekspert qeyd etdi ki, ölkədə yaşayış minimumu da inflyasiyaya uyğun  olaraq  246 manatdan 270 manata qalxacaq.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərdə tutulan artımların cəmiyyətə təsirləri məsələsinə toxunan Xalid Kərimli vurğuladı ki, sosial müavinətlərin, pensiyaların nə qədər artacağını yanvar ayının əvvəlindən bilmək mümkün olacaq.

“Yaşayış minimumun artması da, eyni zamanda müxtəlif sosial müavinətlərin  təqribən 10 faizə qədər artmasına gətirib çıxaracaq. Amma hökumət hələ minimum əmək haqqının artırılması üçüncəmiyyətə siqnallar vermir. Maliyyə Nazirliyinin açıqlamalarından vəziyyətin  o qədər yaxşı olmadığını başa düşmək olar. 2024-cü ilin büdcəsini 2023-cü ilin büdcəsi formasında saxlamaq Neft Fondundan əlavə keçən illə müqayisədə bir milyard manat pul götürülüb. Bu da onu göstərir ki, yenə də neftdən asılılığımız yüksək səviyyədə qalmaqdadır. Çünki qeyri-neft sektoru hazırkı Azərbaycan iqtisadiyyatını dəstəkləyəcək qədər sürətlə getmir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et