Gələn il xarici vətəndaşların Azərbaycanda işə cəlb olunması ilə bağlı kvota açıqlanıb | Banco.az

Gələn il xarici vətəndaşların Azərbaycanda işə cəlb olunması ilə bağlı kvota açıqlanıb

"Gələn il üçün əcnəbi şəxslərin Azərbaycanda işə cəlb olunması ilə bağlı 6725 kvota nəzərdə tutulub".

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. 

O bildirib ki, Nazirlər Kabineti kvotanı təsdiqləməlidir. 

Ən sərfəli kredit üçün müraciət et

A.Əliyev xatırladıb ki, kvota müəyyən edilərkən işəgötürənlərlə sıx əməkdaşlıq edilir: "Burada elə ixtisaslar seçilir ki, ölkəmizdə həmin ixtisasla bağlı işçi qüvvəsini təmin edə bilmirik. Təmin edə bilmədiyimiz sahələr üzrə də çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarının imkanları hesabına təlabatı ödəyirik".

Report

Ən sərfəli krediti almaq üçün müraciət et