Müəllif - Aida İsaq, Banco.az
Gələn il bütün dünyanı qlobal ərzaq qıtlığı təhlükəsi gözləyir.
Banco.az xəbər verir ki, Rusiya gübrə istehsalçıları assosiasiyasının rəhbəri Andrey Quryev bu barədə fikirlərini bölüşüb. O, qlobal ərzaq çatışmazlığına Qərbin Rusiyaya qarşı davam edən sanksiyalarını əsas gətirib. Çünkü bunun nəticəsində dünyanın bəzi regionlarında gübrələrdən istifadə səviyyəsi kəskin şəkildə aşağı düşüb. Belə ki, gübrədən istifadə ötən illə müqayisədə 20-30 faiz azalıb. Bu isə gələcəkdə ərzaq sektorunda yarana biləcək fəlakətlərdən xəbər verir.
A.Quryev Avropaya fosfor və kalium gübrələrinin tədarükünün ötən ilki səviyyədən 30-33 faiz aşağı olduğunu qeyd edib. Onun sözlərinə görə, sanksiyalar səbəbindən bu il Rusiya mineral gübrələrinin ixracını 15 faiz azalda bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!