Gələn il üçün dolların orta məzənnəsi açıqlandı | Banco.az

Gələn il üçün dolların orta məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə ABŞ dollarının orta illik məzənnəsini 1,72 AZN/USD səviyyəsində proqnozlaşdırır.

Bu barədə quruma istinadən xəbər verilir. 

Qeyd edək ki, 2017-ci ildə dolların maksimal məzənnəsi fevralın 1-də (1,9200 AZN/USD), minimal məzənnəsi isə dekabrın 6-da (1,7000 AZN/USD) qeydə alınıb.

Mənbə: Report.az