Gələn il Rusiyada kriptovalyuta ilə ödənişlər leqallaşdırıla bilər | Banco.az

Gələn il Rusiyada kriptovalyuta ilə ödənişlər leqallaşdırıla bilər

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada kriptovalyutanın leqallaşdırılması məsələsinə aydınlıq gətirilib. 

Banco.az xəbər verir ki, dövlət dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov bu istiqamətdə həyata keçiriləcək planları açıqlayıb. Onun sözlərinə görə, gələn il kriptovalyutalarla bağlı qanun layihəsi deputatların dəstəyi ilə hazırlanaraq prezidentin imzalaması üçün göndərilə bilər. Eyni zamanda o, qeyd edib ki, kriptovalyutaların ödəniş vasitəsi kimi istifadə edilməsi hazırda mümkünsüz görünür. Lakin paralel idxal və Rusiyaya malların çatdırılması üçün ödəniş vasitəsi kimi istifadə edilə bilər. A. Aksakov kriptovalyutalarla bağlı qanunvericilik bazasında vergi öhdəliyinin də tənzimlənməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, beynəlxalq ödənişlər üçün kriptovalyutaların istifadəsi ilə bağlı qanun layihəsinin 2022-ci ildə qəbul edilməsi planlaşdırılırdı. Ancaq hazırda müvafiq qanunun növbəti ildə qəbul olunacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram