Müəllif: Tamara Mustafayeva, Banco.az
2023-cü ildə real əmək haqqının (nominal əmək haqqı artımı minus inflyasiya səviyyəsi) orta hesabla 1,5 faiz azalacağı proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, davam etməkdə olan inflyasiya mühiti 2023-cü ildə real əmək haqqı artımlarına böyük zərbə vuracaq. Aparılan yeni araşdırmaya görə, qlobal miqyasda ölkələrin təkcə 37 faizində real əmək haqqı artımları qeydə alına bilər.
4,6 faizlik artımla Hindistan, 4 faizlə Vietnam və 3,8 faizlə Çin başda olmaqla Asiya ölkələri real əmək haqqı artımın proqnozlaşdırıldığı ilk 10 ölkənin 7-ni təşkil edir.
Sözügedən araşdırma bu il əmək haqqının qlobal miqyasda 3,8 faiz azaldığını aşkara çıxarıb.
2023-cü ildə real əmək haqqının ən çox artacağı proqnozlaşdırılan ilk 10 ölkə və onların artım templəri belədir:
-
Hindistan - 4,6%
-
Vietnam - 4%
-
Çin - 3,8%
-
Braziliya - 3,4%
-
Səudiyyə Ərəbistanı - 2,3%
-
Kamboca -2,2%
-
Malayziya - 2,2%
-
Tayland - 2,2%
-
Oman - 2%
-
Rusiya - 1,9%
Real əmək haqqının ən çox azalacağı proqnozlaşdırılan 5 ölkə isə aşağıdakılardır:
-
Pakistan - -9,9%
-
Qana - -11,9%
-
Türkiyə - -14,4%
-
Şri-Lanka - -20,5%
-
Argentina - -26,1
Bizi sosial şəbəkələrdən izləyin!!