Gələn il Azərbaycanda pensiyalar bu qədər artacaq | Banco.az

Gələn il Azərbaycanda pensiyalar bu qədər artacaq

Gələn il Azərbaycanda pensiyaların 14.5-15 faiz artacağı gözlənilir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, artımlar bütün pensiyaçılara şamil ediləcək.

Komitə sədri vurğulayıb ki, növbəti il dövlət büdcəsinin təqribən 48 faizini sosial müdafiə xərcləri təşkil edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram