2018-ci ildə Azərbaycanda əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 mlrd. manat məbləğində proqnozlaşdırılır.
“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 51,5%-i daxili, 48,5%-i isə xarici investisiyalar olacaq. Dövlət investisiyalarının payı 42,8%, qeyr-dövlət investisiyalarının payı isə 57,2% təşkil edəcək.
İnvestisiyaların 6,4 mlrd. manatı neft sektoruna, 9,5 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək.
Son nəticədə, 2018-ci ildə Azərbaycanda orta aylıq real əmək haqqının 0,5% artaraq 549,7 manata çatacağı gözlənilir.