Gələn il Azərbaycanda 3 faiz iqtisadi artım proqnozlaşdırılır | Banco.az

Gələn il Azərbaycanda 3 faiz iqtisadi artım proqnozlaşdırılır

"2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı son 5 ildə ilk dəfə 2%-i ötüb, qeyri-neft ÜDM-nin artımı isə 3,5% təşkil edərək dünya üzrə iqtisadi artım tempindən çox olub". Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlar, eləcə də idarəetmə islahatları, inqilabi sosial paket, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayəıərin artımı iqtisadi böyüməni sürətləndirir: "2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz, turizmdə (turistlərin say artımı) 11,1 faiz artım olub.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadi artımın 2020-ci ildə son 6 ildə ilk dəfə 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək".

Ən sərfəli krediti almaq üçün müraciət et