Gələn il Azərbaycan üzrə real iqtisadi artım proqnozu açıqlandı | Banco.az

Gələn il Azərbaycan üzrə real iqtisadi artım proqnozu açıqlandı

Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində mədaxil ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır.

Banco.az  Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.  

Nazirliyin məlumatına əsasən, 2015-ci ilin müvafiq proqnozları ilə müqayisədə gələn il büdcə gəlirləri 25,1%, xərcləri isə 22,9% azaldılıb.

Dövlət büdcəsinin kəsiri 1,698 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozundan 2,17% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 1 837,8 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 3,3% çoxdur.

Qeyd edək ki, müdafiə xərcləri 2015-ci il üçün 1 778,5 mln. manat proqnozlaşdırılsa da ilin sonuna 1 760 mln. manatla icra olunacağı gözlənilir.

Bununla yanaşı bildirilir ki, 2016-cı ilin dövlət və icmal büdcələrində xam neftin baza qiyməti 50 ABŞ dolları/barel, ABŞ dollarının rəsmi orta illik məzənnəsi isə 1,05 AZN/USD səviyyəsində götürülüb.

Məlumat üçün bildirək ki, 2016-cı il icmal büdcəsinin gəlirləri 16,720 mlrd. manat və yaxud cari ilə nisbətən 19,3% az, xərcləri 19,907 mlrd. manat və yaxud 23,2% az nəzərdə tutulub.

Ən sərfəli krediti almaq üçün müraciət et