"Gələn il Azərbaycan iqtisadiyyatı 2,5% böyüyəcək" | Banco.az

"Gələn il Azərbaycan iqtisadiyyatı 2,5% böyüyəcək"

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 3% kiçiləcəyini proqnozlaşdırır ki, bu da may ayındakı proqnozla müqayisədə dəyişməyib.

2021-ci ildə isə Azərbaycan iqtisadiyyatı 2,5% (əvvəlki proqnozla müqayisədə 0,5 faiz bəndi az) böyüyəcəyini proqnozlaşdırır. 

Məlumata görə, koronavirus pandemiyasının ilk aylarında region ölkələrində pul köçürmələrinin kəskin azalması, əmtəə qiymətlərinin aşağı düşməsi və turizm sektorundakı böhran Şərqi Avropa və Qafqazdakı iqtisadi böyüməni ağırlaşdırıb.

Ümumilikdə Şərqi Avropa və Qafqaz regionunda bu il iqtisadiyyat 4,5% (may ayındakı proqnoz 4,7% idi) azalacağı, 2021-ci ildə isə 2,5% (4,3% proqnoza qarşı) böyüyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu il region ölkələrindən Gürcüstanda 5%, Ermənistanda 5%, Rusiyada isə 4,5% iqtisadi azalma gözlənilir. Gələn il isə bu ölkələrdə ÜDM-nin müvafiq olaraq 3,55%, 4%, 3% artacağı proqnozlaşdırılır.

Hesabata görə, Azərbaycanda bu ilin əvvəlindəki güclü iqtisadi artım, xüsusən qeyri-neft sektorundakı böyümə mart ayında koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər səbəbindən mənfiyə çevrildi.

Bu ilin ilk səkkiz ayda ölkədə qeyri-neft ÜDM-si illik müqayisədə 1,7%, ümumi ÜDM isə 3% azalıb. Belə ki, xarici ticarət dövriyyəsindəki və büdcənin saldosu neft gəlirlərinin azalması və xərclərin artması ilə profisitdən kəsirə çevrilib. Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) xarici valyuta köçürmələri ilə milli valyutanın dəstəklənməsi sayəsində bu ilin avqust ayına illik inflyasiya 2,9% səviyyəsində reallaşıb. Mərkəzi Bankın və SOFAZ-ın birləşdirilmiş aktivləri 2020-ci il üçün proqnozlaşdırılan ÜDM-dən çox, təxminən 50 mlrd ABŞ dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

EBRD-nin analitikləri hesab edir ki, əsas risklər Azərbaycan üçün koronavirus pandemiyasının yenidən canlanması və neft bazarında aşağı tələbatın davam etməsi ilə əlaqədardır.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et